PSJ-nin qapıçısı Canulici Donnarumma son oyunlardakı performansına görə tənqid edilməsinə münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, qolkiper təzyiqlərdən narahat olmadığını deyib:
“Hər şeyə hazıram. Böyük çiyinlərim var və ona görə nədənsə qorxuram. Özümdən razıyam və daha yaxşı olmaq üçün çalışıram. Təzyiqlər futbolun parçasıdır, amma bu, mənə təsir etməyəcək”.
Donnarumma bu mövsüm 6 oyunda 6 qol buraxıb.