Qasperini İtaliya futbolunun tarixinə düşdü

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis çempionatda 900 xal qazanan dördüncü baş məşqçi olub.

O, bu saya “Atalanta”nın “Cenoa”nı məğlub etməsi (5:1) ilə çatıb. Mütəxəssis 900 xala 658 oyunda nail olub.

Qasperini daha əvvəl bu ölkədə “Cenoa”, “Palermo”, “İnter”də işləyib.

Çempionat tarixinin ən çox xal qazananı isə Massimiliano Alleqridir. Mütəxəssis “Sassuolo”, “Kalyari”, “Milan” və “Yuventus”la ümumilikdə 506 matçda 1012 xal toplayıb.