Xudiyev millinin rəqiblərinin oyununda

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının III turu çərçivəsində keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.

Azərbaycan millisinin də yer aldığı C liqasının I qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq.