“Neftçi”də strategiya dəyişdi – axtarışlar bu istiqamətdə olacaq

“Neftçi”də baş məşqçi Roman Qriqorçukun ayrılığından sonra bu posta axtarışlar başlayıb.

FutbolPress“in əldə etdiyi məlumata görə, klub rəhbərliyi sükanı yerli məşqçiyə tapşırmaq niyyətindədir. Son dönəmlərdə əcnəbi mütəxəssislərin faydalı olmaması səbəbindən rəhbərlik klubu və ölkə futbolunu daha yaxşı bilən biri ilə anlaşmaq istəyir.

Paytaxt klubu Premyer Liqada 9 turdan sonra qələbə qazana bilməyib və 5 xalla 9-cu sıradadır.