“Neftçi” Qriqorçukla vidalaşdı

“Neftçi”də baş məşqçi Roman Qriqorçukun taleyi məlum olub.

FutbolPress“in əldə etdiyi məlumata görə, klub rəhbərliyi mütəxəssislə yolları ayırmaq qərarına gəlib. Buna səbəb komandanın çempionatdakı uğursuz çıxışıdır.

“Neftçi” bu gün vidanı açıqlayacaq. Komandanı sabahkı məşqə onun köməkçisi Sənan Qurbanov çıxaracaq.

Paytaxt klubu Premyer Liqada 9 turdan sonra qələbə qazana bilməyib və 5 xalla 9-cu sıradadır.

Roman bu yay “Neftçi”yə baş məşqçi təyin edilib.