“Bavariya” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisinin hücumçusu Harri Keyn zədələnib. İngiltərəli forvard Bundesliqanın VI turunun “Ayntraxt”la səfər görüşündə zədə alıb və əvəzlənib.
Keynin son durumu tibbi müayinədən sonra bilinəcək.
“Ayntraxt” – “Bavariya” oyunu 3:3 hesablı heç-heçə ilə başa çatıb.