“Yuventus” futbolçusu Pol Poqba ilə yollarını ayıracaq.
Futbolpress.az xəbər verir ki, ötən il dopinq testi müsbət çıxan yarımmüdafiəçi klubla müqavilə ləğvi barədə danışıqlar aparır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Poqbanın ötən ilin avqustunda verdiyi dopinq testi müsbət çıxıb. FIFA futbolçunu 4 illik oyunlardan diskvalifikasiya etsə də, İdman Arbitraj Məhkəməsi (CAS) cəzanı 18 aya endirib.
Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına kimidir. 31 yaşlı futbolçu klubda illik 10 milyon avro məvacib alır.