Məğlubiyyətdən narazıdır: “Bu sirkdə olmaq istəmirəm”

“Milan”ın baş məşqçisi Paulo Fonseka A Seriyasında “Fiorentina”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

“Futbolu sevirəm və bu sirkdə olmaq istəmirəm. Həm bizim, həm rəqibin xeyrinə penalti təyin edildi. Futbolda ən kiçik toxunuşa görə belə qərarlar vermək düzgün deyil. Bu, artıq futbol deyil. Bu işə qarışmaq istəmirəm.

Düşünürəm ki, mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Birinci hissədə rəqibin fərqlənməsinə imkan verdik. Fasilədən sonra çoxlu şanslar yaratsaq da, dəyərləndirə bilmədik. İki penaltini vura bilmirsənsə, qələbə qazanmağın daha çətin olur”.

Görüşdə referi qapılara üç penalti təyin edib. Bir dəfə “Fiorentina”nın, iki dəfə isə “Milan”ın futbolçuları bundan yararlana bilməyib.