“Real”ın futbolçusu millinin düşərgəsini tərk etdi

“Real”ın futbolçusu Eder Militao Braziliya yığmasının oktyabrda keçirəcəyi oyunları buraxacaq.

Futbolpress.az xəbər verir ki, müdafiəçinin sol budunda kiçik əzələ zədəsi aşkarlanıb. O, bu səbəbdən yığmanın düşərgəsindən ayrılıb.

Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsində oktyabrın 11-də Çili, 16-da isə Peru ilə qarşılaşacaq.