“Mançester Yunayted” İngiltərə Premyer Lqiasının VII turunda “Aston Villa” ilə heç-heçə edib – 0:0.
Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” 7 turdan sonra cəmi 8 xal toplayıb. Bu, komandanın baş məşqçisi Erik ten Haq üçün antirekorddur.
“Mançester Yunayted” ötən mövsüm niderlandlı mütəxəssisin rəhbərliyi altında 9 turda 9 xal toplamışdı. O, bu dəfə 8 xal yığaraq antirekordu təzələyib.