Azərbaycan yığması Türkiyədə 6-cı oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə sonuncu oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, U-16 Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə beşinci yer uğrunda görüşdə qarşılaşıb. Matçın 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Həlledici zərbələrdə Qırğızıstan seçməsi daha dəqiq oynayaraq (4:2) qələbə qazanıb.