Azərbaycan yığması Qırğızıstanla qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə bu gün sonuncu oyununu keçirəcək.
Futbolpress.az xəbər verir ki, U-16 Bakı vaxtı ilə saat 13:00-da Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə beşinci yer uğrunda matçda qarşılaşacaq.