“Real”ın futbolçusu mövsümü buraxacaq

“Real” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “Kral klubu”nun futbolçusu Dani Karvahal sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqada “Vilyarreal”la oyunda (2:0) dizindən zədə alan cinah müdafiəçisi mövsümün qalan hissəsini buraxacaq.