“Qarabağ” xal qazanmadı, Azərbaycan reytinqdə gerilədi

“Qarabağ” Avropa Liqasının II turunda “Malmö”ya uduzub – 1:2.

Futbolpress.az xəbər verir ki, turnirdəki ikinci oyununu da məğlubiyyətlə başa vuran “atlılar” ölkənin UEFA reytinqinə xal yazdıra bilməyib.

Azərbaycan hazırda 19,125 xalla 28-ci sıradadır. Ölkə ötən reytinqlə müqayisədə bir pillə geriləyib. Eyni xalı olan Bolqarıstan 27-ci pillədə qərarlaşıb.

Siyahıya 92,446 xalla İngiltərə başçılıq edir.