“Qarabağ” – “Malmö”: neçə bilet satılıb?

“Qarabağ” Avropa Liqasının II turunda bu gün “Malmö” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, bu gün saat 20:45-də start götürəcək oyun üçün 24 min bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.