“Bavariya”nın futbolçusu Harri Keyn Çempionlar Liqasında “Aston Villa”ya uduzduqları II tur oyununu şərh edib.
Futbolpress.az xəbər verir ki, hücumçu 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Daha üstün oynayan biz idik. Şanslarımızdan yararlana bilmədik və eyni zamanda rəqibin qapıçısı mükəmməl çıxış etdi. Futbolda bəzən belə gecələr olur. Əsas olan panikaya düşməməkdir”.