Azərbaycanlı hakimə beynəlxalq təyinat

FIFA referisi İnqilab Məmmədov çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə təyinat alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Seçmə mərhələnin oyunları oktyabrın 4-dən 13-nə qədər İspaniyanın Kadiz şəhərində keçiriləcək.