Qurban Qurbanov: “Bəzi problemlərimiz var”

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçından öncə “atlılar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

“Sabah vacib oyuna çıxacağıq. Doğma meydançamızda, azarkeşlərimiz önündə ilk matçımız olacaq. Özünəməxsus oyun tərzi olan komandaya qarşı oynayacağıq. Hazırlığımız pis keçmir. Düzdür, bəzi problemlərimiz var. Ancaq yenə də yaxşı oyunla uğurlu nəticə əldə etməyə çalışacağıq”.

Qurban Qurbanov braziliyalı müdafiəçi Mateus Silvanın zədəsinin ciddi olduğunu deyib:

“Mateus yəqin ki, bir neçə matçda bizimlə olmayacaq. Marko Yankoviçin isə ümumi durumu pis deyil. Amma onunla bağlı hələ qərar verməmişik”.