I Liqada yeni tura start veriləcək

Bu gün Azərbaycan I liqasında IV tura start veriləcək.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək. “Cəbrayıl” “Qaradağ Lökbatan”ı qəbul edəcək. Oyun saat 13:30-da başlayacaq.

Turun digər matçları 3 və 4 oktyabr tarixlərində keçiriləcək.

2 oktyabr

13:30. “Cəbrayıl” – “Qaradağ Lökbatan”
“ASCO Arena”

3 oktyabr 

15:00. “Difai” – “Karvan”
Şamaxı OİK stadionu

15:30. “Mingəçevir” – “Zaqatala”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu

16:00. “İmişli” – MOİK
Saatlı OİK stadionu

4 oktyabr

15:00. “Bakı Sportinq” – “Qəbələ”
“Bakı Sporting Arena”