“Bavariya”nın baş məşqçisi Vensan Kompani Çempionlar Liqasında bu gün “Aston Villa”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan gözləntilərini söyləyib:
“Aston Villa” yaxşı təşkilatlanmış komandadır və son dönəmlərdə yaxşı formadadırlar. Onların hər oyun necə istəkli olduğunu görə bilirsiniz. Kompakt futbol oynayırlar və bu, bizim üslubumuza oxşayır. Müdafiədə etibarlı olduqları qədər əks-hücumlarda da inamlıdırlar. Çətin oyun olacaq”.
“Aston Villa” – “Bavariya” oyunu 23:00-da start götürəcək.