Yunanıstanlı hakim ikinci dəfə Bakıya gələcək

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin II turunda “Malmö”yə qarşı keçirəcəyi oyunu Yunanıstan olan Anastasios Papapetru idarə edəcək.

FutbolPress“in məlumatına görə, referi daha əvvəl Azərbaycan yığmasına təyinat alıb.

Anastasios 2022-ci ilin iyununda UEFA Millətlər Liqasında Belarusa qarşı keçirilən matçda idarəçilik edib. Həmin görüş yığmanın 2:0 hesablı qələbəsiylə başa çatıb. Qolları Mahir Emreli və Ramil Şeydayev vurub. Millinin heyətində Emreli sarı vərəqə ilə cəzalanıb.

Oktyabrın 3-də keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də start götürəcək. Azərbaycan təmsilçisi ilk matçda “Tottenhem”ə uduzub – 0:3. “Malmö” isə Şotlandiya “Reyncers”i ilə bacarmayıb – 0:2.