“Qarabağ”ın oyunu yunanlara tapşırıldı

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin “Malmö” klubuna qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Anastasios Papapetrou olacaq. Ona yan xətt hakimləri Trifon Petropoulos və Yordanis Aptosoqlu kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandros Tsakalidis yerinə yetirəcək.

VAR hakimi Angelos Evangelou, onun köməkçisi isə Athanasios Tzilos olacaq. Hakim-inspektor Laurent Duhamel (Fransa), UEFA nümayəndəsi Aleksandr Keplin (Qazaxıstan) olacaq.

Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.