Sabiq futbolçu məşqçilik karyerasına başlamağa hazırlaşır

Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder məşqçilik karyerasına başlamağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçi özü açıqlama verib:

“40 yaşım var və qarşıda vaxtım çoxdur. Düzdür, hələ kurslara başlamamışam, ancaq planlarım var. Məşqçilik karyerasına başlayacam və hələ ki, şəxsi işlərimə görə bu, yubanır”.

Sneyder karyerası ərzində “Ayaks”, “Real”, “İnter” kimi klublarda forma geyinib. O, Niderland yığmasında 134 oyunda 31 qol vurub.