“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Erik ten Haq ilə yollarını ayırmağı düşünmür.
Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Xəbərdə klub rəhbərliyinin uğursuz nəticələrə baxmayaraq, baş məşqçini postunda saxlamaq niyyətində olduğunu deyib.
“Mançester Yunayted” ötən həftəsonu “Tottenhem”ə 0:3 hesabıyla uduzub. “Qırmızı şeytanlar” Premyer Liqada 6 turdan sonra 7 xalla 12-ci sıradadır.