Azərbaycan badmintonçuları Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampalada keçirilən “Future” seriyalı “Kampala İnternational 2024” beynəlxalq turnirində gümüş medal qazanıb.
Futbolpress.az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Aqil-Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına kimi irəliləyib.
Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria-Lim Xuan qoşasına hər iki setdə (18-21,17-21) badmintonçularımız beynəlxalq turnirdə gümüş medal qazanıb.