Dünyanın ən yaxşı hücumçuları bilindi

“FourFourTwo” portalı dünyanın ən yaxşı hücumçularının siyahısını hazırlayıb.

Futbolpress.az xəbər verir ki, birinci pillədə “Mançester Siti”nin forvardı Erlinq Haaland qərarlaşıb. İkinci “Real”dan Kilian Mbappe, üçüncü isə “Bavariya”dan Harri Keyn olub.

Haaland bu mövsüm 8 oyunda 10 qol vurub.