Ten Haq inanır: “Qayıdacağıq”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Tottenhem”lə oyundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Oyuna yaxşı başlamadıq. Lazım olan təzyiqi göstərmədik və “Tottenhem” üstün oynadı. Topla olanda çoxlu səhvlərə yol verdik. Oyuna dönmək istəyirdik ki, Bruno Fernandeş qırmızı vərəqə aldı. Bundan sonra hər şey dəyişdi. İnamımızı itirdik və məğlub olduq.

Hər yeni gün başlanğıcdır. Uşaqlara da demişəm, biz qayıdacağıq. Buna əminəm”.

“Mançester Yunayted” 6 turdan sonra 7 xalla 12-ci sıradadır.