“Trabzonspor” ciddi itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, Qaradəniz təmsilçisinin yarımmüdafiəçisi Ozan Tufan sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Konyaspor”la oyunda xəsarət alan Ozanın son durumu tibbi müayinədən sonra bilinəcək.
Futbolçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
“Trabzonspor” “Konyaspor”u 3:1 hesabıyla məğlub edib.