Azərbaycan cüdoçuları Praqada medalla başladı

28 sentyabrda Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 gümüş medal əldə edib.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kişilər arasında -60 kq. çəkidə Hüseyn Allahyarov gümüş medal, -66 kq. çəkidə Rəşad Yelkiyev qızıl medal qazanıb.