“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın VIII turunda “Neftçi”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Bir az məyusuq. O da itirdiyimiz xallara görədir. Ardıcıl məğlubiyyətdən sonra səfərdə qələbə qazana bilərdik. Bu da yenidən ayağa qalxmaq üçün stimul olardı. Son nöqtələrdə keyfiyyət məsələsinə görə xallardan olduq. Biz də epizodlar əldə etdik. Son olaraq, futbolçunun üzərinə düşən rahatçılıq var idi ki orada axsadıq. Bu bizim üçün başlanğıcdır. Faciə yox idi. Öz gücümüzə inanırıq. Futbolçularımın itirilən 2 xala görə üzüntülərini görürəm. Bizdə fiziki baxımdan disbalans var. Hamısı düzələcək. Hər şey yaxşı olacaq. Çalışacağıq hamısı optimal vəziyyətə gəlsin. Azarkeşlərimizə də təşəkkür edirəm. Ən yaxşısı üçün çalışacağıq. Söz verirəm”.