Şuşada keçirilən şahmat üzrə “Vüqar Həşimov Memorialı”nın qalibi bəlli olub.
Futbolpress.az xəbər verir ki, 8 qrossmeysterin mübarizə apardığı turnirdə ilk pilləni Yan Nepomnyaşi tutub. O, 14 turun yekununda 19 xalla birinci olub.
Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov isə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Vüqar Həşimov Memorialının ilk iki günündə rapid, üçüncü günündə isə blits oynanılıb.
Xatirə turnirində Azərbaycanın üç şahmatçısı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə yanaşı, Nodirbek Abdussatorov (Özbəkistan), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) iştirak edib.