Şuşada keçirilən şahmat üzrə “Vüqar Həşimov Memorialı”nda blits yarışlarına start verilib.
Futbolpress.az xəbər verir ki, iştirakçılar 14 tur ərzində maksimum xal toplamağa çalışacaqlar. Sonda rapid və blits yarışlarının nəticəsinə əsasən qalib müəyyənləşəcək.
Rapid yarışlarından sonra rusiyalı Yan Nepomnyaşi 10 xalla liderdir. 9 xalı olan Şəhriyar Məmmədyarov isə ikincidir.
Xatirə turniri Azərbaycan Şahmat Federasiyasının, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 10-cu dəfə və ilk dəfə Şuşada təşkil olunur.