“Neftçi”də təyinat – bu post türkə tapşırıldı

“Neftçi”də yeni təyinat reallaşıb.

Futbolpress.az xəbər verir ki, türkiyəli Kaan Cem Gültekin klubun Marketinq departamentinin rəhbəri olub. Bu barədə o, özünün “Linkedin” səhifəsində paylaşım edib.

Kaan daha əvvəl “Beşiktaş”da Marketinq departamentində çalışıb. “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer də vaxtilə “qara qartallar”da Gültekinlə birgə işləyib.