Rodrinin əməliyyat vaxtı bilindi

“Mançester Siti”nin futbolçusu Rodri növbəti həftə əməliyyat olunacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. İspan yarımmüdafiəçi ölkəsində əməliyyat ediləcək.

Rodrinin bərpa müddəti hələ açıqlanmayıb. Onun mövsümün qalan oyunlarını buraxacağı gözlənilir.