“Tottenhem”in baş məşqçisi Ange Postekoqlu Avropa Liqasında “Qarabağ”a qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:0 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Oyuna yaxşı başlaya bilmədik. İstədiyim tempi görə bilmədim. Bilmirəm, matçın yubanmasına görə oldu, ya nəyə. 10 nəfərlə qalanda istədiyin qədər topu saxlaya, aqressiv ola bilmirsən. İlk qolumuz pressinq sayəsində gəldi. Azlıqda olsaq da, təzyiq göstərib, topu qazandıq və istədiyimiz qolu vurduq. Problem varsa, onu həll etməyə çalışırıq. Bu, bizim komandamızdır. Niyyətimiz qələbə idi və qazandıq”.
Ange “Qarabağ”ın avtobusunun tıxaca düşməsinə də toxunub:
“Bizi müşayiət edəcək polis yox idi və açığı, oyunun gecikməsi futbolçulara təsir etdi. Ancaq rəqibimizdən ciddi nəsə aldığını düşünmürəm. “Qarabağ” yaxşı komandadır”.