“Fənərbağça”nın sabiq futbolçus Sərhat Akın silahlı hücuma məruz qalıb.
Futbolpress.az xəbər verir ki, hazırda idman şərhçiliyi edən keçmiş oyunçu efir sonrası küçədə bir nəfər tərəfindən silahla ayağından vurulub. Xəstəxanaya aparılan Akının həyati təhlükəsi yoxdur.
Sərhat Akın 2000-2005-ci illərdə “Fənərbağça”da oynayıb. O, Türkiyə yığmasında 16 oyuna çıxıb.