“Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsinin I turunda “Tottenhem”lə qarşılaşacaq. Londonda keçiriləcək oyuna saat 23:00-da start veriləcək.
Azərbaycan yığmasının sabiq futbolçusu Vaqif Sadıqov “FutbolPress“ə açıqlamasında oyundan gözləntilərini bölüşdü:
“Çətin oyun olacaq. “Tottenhem”in gücü bəllidir, İngiltərə Premyer Liqasının yaxşı komandalarındandır. 2015-ci ildə Londondakı oyunda “Qarabağ” hesabı açsa da, geridönüş etmişdilər. İndi onlar da artırıb, “Qarabağ” da. Maraqlı oyun olacaq. Düzdür, çətindir, ancaq “Qarabağ” “Tottenhem”dən çəkinməməlidir”.
Hüseynov Azərbaycan təmsilçisinin səfərdən bir xalla dönəcəyinə inandığını dedi:
“Səfərdə bir xal da yaxşı nəticə olacaq. İnanıram ki, “Qarabağ” istədiyini əldə edəcək. Qurban Qurbanov yəqin, onları təhlil edib və boşluqlarını bilir. Ümumilikdə, “Qarabağ” açıq futbol oynamağı bilir. Bunu “Bayer”lə oyunlarda gördük. Düşünürəm ki, “Tottenhem” də futbol oynamağa imkan verəcək və “Qarabağ” onların boşluqlarından yararlana biləcək”.
Şahin Cəfərov