Braziliyanın “Qremio” klubunun baş məşqçisi Renato Qauço maraqlı açıqlama ilə gündəmə gəlib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı dünyanın ən yaxşı baş məşqçisi adlandırıb və eyni zamanda Braziliyada işləməyin çətinliyindən söz açıb:
“Məncə, dünyanın ən yaxşı baş məşqçisi Xosep Qvardioladır. Ancaq əlindəki heyətin dəyəri də 1 milyard avrodur. Braziliyaya gəlsə, 3-4 aya onun haqda da fərqli fikirlər səslənər”.
“Qremio” Braziliya çempionatında 26 turdan sonra 31 xalla 20 komanda arasında 14-cüdür.