Yeni müqavilə və 500 milyonluq bənd

“Barselona” futbolçusu Mark Bernalın müqaviləsini yeniləmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Klub 17 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2029-cu ilin yayına kimi artıracaq və sərbəstqalma məbləği 500 milyon avro olacaq.

Bernal “Barselona”nın yetirməsidir. O, bu mövsüm La Liqada 3 oyun keçirib.