“Neftçi”dən “Gəncə”yə

Transfer çalışmalarını davam etdirən “Gəncə” basketbol klubu Vladislav Frolovu heyətinə qatıb.

Futbolpress.az xəbər verir ki, ötən mövsümü “Neftçi”də keçirmiş Vladislav mərkəz oyunçusu mövqeyində çıxış edir.

26 yaşlı ukraynalı basketbolçu “Gəncə”nin heyətində 13 nömrəli formada oynayacaq. 202 sm boya malik Frolov ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.