Jiru həm qol vurdu, həm kubok qazandı

Futbol üzrə ABŞ Kubokunun qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Los Anceles” ilə “Sportinq Kanzas Siti” komandaları üz-üzə gəlib. Əsas vaxtı bərabərliklə bitən (1:1) oyunun qalibi əlavə vaxtda müəyyənləşib. “Los Anceles” daha iki qol vurmaqla kuboku qazanıb.

Komandanın heyətində Olivye Jiru, Omar Kampos və Key Kamara fərqlənib. Rəqibin yeganə qolunu isə Erik Tommi vurub.