Flik: “Top qapıya girmək istəmirdi”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın VII turunda “Xetafe”ni məğlub etdikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Xetafe” çox yaxşı müdafiə olunan komandadır. Oyunçularımla qürur duyuram, sona qədər mübarizə apardılar. Ehtiyacımız olan dəstəyi göstərən azarkeşlərimizə təşəkkür edirəm.

Nə qədər hücum etsək də, sanki top qapıya girmək istəmirdi. Futbolda belə hallar olur. Rəqib müdafiədə bacarıqlı idi və onları keçmək asan olmadı”.

“Barselona” La Liqada 7 turdan sonra 21 xalla birinci sıradadır.