“Barselona”da Yamal narahatlığı

“Barselona” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, komandanın cinah oyunçusu Lamin Yamal zədələnib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 17 yaşlı oyunçu La Liqanın VII turunun “Xetafe” ilə matçında xəsarət alıb.

Topuq nahiyəsindən yüngül zədə alan oyunçu matçda sona qədər meydanda qalsa da, daha sonra axsaya-axsaya oyunu tərk edib. Yamalın son durumu müayinələrdən sonra bilinəcək.

“Barselona” “Xetafe”ni Robert Levandovskinin qolu ilə məğlub edib – 1:0.