“Nürnberq”in futbolçusu Mahir Emreli klubun saytına müsahibə verib.
Futbolpress.az xəbər verir ki, azərbaycanlı hücumçu karyerasına başladığı dönəmdən danışıb. O, 5 yaşında anası Elnurə Emreli ilə birgə futbola baxdıqdan sonra bu sahəyə marağının yarandığını söyləyib:
“Dünya kubokunun oyunlarını izləyirdik. Onun reaksiyasından hiss etdim ki, oyunu necə həyəcanla izləyir. Bu, bir uşaq kimi məndə nəyəsə səbəb oldu və futbola belə başladım”.
Mahir “Qarabağ”dakı illərinə toxunub:
“Əlbəttə, Londonda “Stemford Bric”də “Çelsi”yə qarşı Çempionlar Liqası oyununu xatırlayıram. Şansımız yox idi, amma bizim üçün tarixi matç idi. Beynəlxalq aləmdə oynadığım və atmosferinə görə unudulmaz olan üç stadion adı çəkməli olsam, “Borussiya”nın (Dortmund), PAOK-un və “Roma”nın arenalarını deyərdim”.
Mahir karyerasındakı yollardan bəhs edib:
“Yolumu seçəndə düşündüm ki, ölkəm üçün nələrsə etməliyəm. Azərbaycandan Almaniyaya, Xorvatiyaya, Polşaya gedən çox futbolçu yoxdur. Azərbaycan gənclərinə nümunə olmaq istəyirəm. İstəyirəm ki, onlar da bu addımı atmağa cəsarət etsinlər”.
Hücumçu Azərbaycan mədəniyyətindən, tolerantlığından danışıb:
“Çox ünsiyyətcil insanam və yeni, fərqli mədəniyyətlərlə tanış olmağı xoşlayıram. Azərbaycan müsəlmak ölkəsidir və tolerantıq. Bütün dinləri, mədəniyyətləri birləşdirməyə çalışşırıq. Məscidlər, yəhudi sinaqoqları, xristian kilsələləri var. Məsələn, rus əsilli insanlar da Ukraynadan gələnlərlə bir yerdə burda yaşayırlar. Biz başqa mədəniyyətdə böyüyür, nələrsə öyrənirik. Ümumiyyətlə, mənim üçün müxtəlif mədəniyyətlərə uyğunlaşmaq çətin olmayıb. Hazırda dünyada nifrət çoxdur. İnsanlara başqa yol olduğunu göstərmək istəyirəm”.
Mahir Emreli Almaniyanın ənənələrini Azərbaycan xalqına göstərmək istədiyini əlavə edib:
“Almaniyadayam və burda dövlət bayramı qeyd edilirsə, çəkəcəm və paylaşacam ki, insanlar görsün. Almaniyadakı həyatla tanış olsunlnar. Bilirəm ki, onlar üçün də maraqlıdır. Almaniyada kluba sadiq olmadığın nə olduğunu öyrəndim. Burda komanda üçün hər şey verilir, texniki səhvlər bağışlanır”.