“Neftçi” üçün yeni tərəfdaş

“Neftçi” klubu “Badamlı” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycanın ilk mineral süfrə suyu brendi olan “Badamlı“ ölkənin ən köklü futbol klubu “Neftçi”nin su tərəfdaşı olacaq. Razılaşma 2026/27-ci illər mövsümünün sonunadək nəzərdə tutulub. Şirkət 3 il müddətində komandaları içməli su ilə təmin edəcək.

“Neftçi”nin əsas komandasının oyun formalarında “Badamlı“ loqosu əks olunacaq.