SOCAR Türkiyə klubunun sponsoru oldu

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “İğdır” klubunun forma sponsoru olub.

Futbolpress.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Razılaşmaya əsasən, “İğdır” futbol klubu bütün rəsmi matçlarda SOCAR-ın loqosu olan formaları geyinəcək.

“İğdır” Türkiyə I Liqasında 6 turdan sonra 10 xalla 5-ci sıradadır.