Ölkə çempionatında püşk vaxtı

Minifutbol üzrə ölkə çempionatının 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.
Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mərasim Heydər Əliyev prospekti 152 də yerləşən “Çinar Plaza”nın konfrans zalında keçiriləcək. Sentyabrın 26-da təşkil ediləcək tədbir saat 16:00-da başlanacaq.