Millinin ev oyunlarının vaxtı dəyişdi

inal mərhələsi 2025-ci ilin iyununda baş tutacaq qadınlar arasında basketbol üzrə Avropa çempionatının (Eurobasket) seçmə qrup oyunları çərçivəsində, millimizin oyun qrafikində dəyişikliklər olub.

Futbolpress.az xəbər verir ki, Beynəlxalq Basketbol Federasiyasınıb (FIBA) yekun qərarına əsasən, 7 noyabr Bakıda Polşa yığmasını qəbul etməli olan millimiz, bu oyunu Polşanın Sosnoviç şəhərində yerləşən “Sosnoviç” arenada keçirəcək və Polşa millisi ev sahibi komanda olacaq. Əvəzində isə 2025-ci il 9 fevral tarixində millimiz Bakıda Polşa yığmasını qəbul edəcək.

10 noyabr Bakıda Litva millisi ilə keçirilməli olan görüş də, “Sosnoviç” arenada oynanılacaq. Qeyd olunan dəyişikliklərə əsas səbəb, noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiridir.