Premyer Liqa klubunda Sarri səsləri

“Everton”da baş məşqçi Şon Dayç ilə yollar ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, buna səbəb komandanın İngiltərə Premyer Liqasında uğursuz çıxışıdır. Klubun yeni rəhbəri Den Fridkin bu posta italiyalı Mauritsio Sarrini gətirmək istəyir.

Sarrinin son ünvanı “Latsio” olub. O, daha öncə İngiltərədə “Çelsi”ni çalışdırıb və 2019-cu ildə Avropa Liqasını qazanıb.

“Everton” Premyer Liqada 5 turdan sonra 1 xalla 19-cu sıradadır.