“Ona inanırıq, sadəcə vəziyyəti qəbul etmək lazımdır”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska ukraynalı vinger Mixail Mudrikin az şans qazanmasından danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bunları deyib:

“Ona inanırıq, sadəcə vəziyyəti qəbul etmək lazımdır. Ümid edirəm ki, Mudrik vaxt qazananda özünü daha yaxşı tərəfdən göstərə biləcək”.

Mudrik bu mövsüm Premyer Liqada 2 oyunda meydana çıxıb.